ÜST müasir yeniyetmələrlə bağlı DƏHŞƏTLİ RƏQƏMLƏRİ AÇIQLADI
Hər onuncu yeniyetmə sosial şəbəkələrə və kompüter oyunlarına aludəçilik səbəbindən psixi problemlər yaşayır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) hesabatı yazır.
“Yeni məlumatlar yeniyetmələr arasında problemli sosial media istifadəsinin 2018-ci ildəki 7%-dən 2022-ci ildə 11%-ə qədər kəskin artdığını göstərir”, – sənəddə deyilir.
Bundan əlavə, yeniyetmələrin təxminən 12%-i kompüter oyunları səbəbindən psixoloji problemlər yaşaya bilər.