Pərdəarxası razılaşmalar var: Ermənistan bu kəndi qaytaracaq
“Pərdəarxası ciddi oyunlar gedir. Azərbaycan indiyə qədər istədiyi hər şeyi alıb. İstisna deyil ki, bir gün oyanıb Tiqranaşenin (Kərki kəndi-red) də təhvil verildiyini görəcəyik”.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi, diplomat Vaaqn Melikyan deyib.
Melikyan iddia edib ki, Zəngəzur dəhlizi ilə bağlı da proseslər sürətlənib: “Hər şey BRİKS, MDB və COP-29-dan sonra baş verəcək, ona qədər gözləyirlər. Ermənistanın növbəti dəfə güzəştlərə gedəcəyini görəcəyik”.