Zelenski hər kəsin gözlədiyi xəbəri elan etdi: Müharibənin sonu…

Baxılıb:69
Zelenski hər kəsin gözlədiyi xəbəri elan etdi: Müharibənin sonu…

Ukrayna prezidenti Vladimir Zelenski “ABC News” telekanalına müsahibəsində Rusiya ilə müharibənin mümkün sona çatması ilə bağlı optimist bəyanat verib.

Zelenski müharibənin sonunun “düşündüyündən də yaxın” olduğunu bildirib.

“Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq”, – o vurğulayıb.

Zelenski həmçinin müttəfiqləri Ukrayna ordusunu gücləndirməyə çağırıb.

“Qələbə planı Ukraynanı gücləndirməkdir, ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik”, – deyə Ukrayna prezidenti bildirib.

O, müsahibəsində Putinin Kursk əməliyyatından “qorxduğunu” da bildirib: “Doğrudur. O, çox qorxur. Niyə? Çünki xalqı onun qoruya bilməyəcəyini… bütün ərazisini qoruya bilməyəcəyini gördü”.

Ukrayna prezidenti həmçinin əlavə edib ki, Kiyev Putini yalnız “güclü mövqe” ilə müharibəni bitirməyə məcbur edə bilər.

Qeyd edək ki, Zelenski ABŞ-da səfərdədir. Dövlət başçısı ABŞ prezidenti Co Baydenlə görüşəcək və ona Qələbə Planını təqdim edəcək. Zelenski bu Planın təfərrüatlarını, həmçinin Ukraynanın azadlıq mübarizəsində ABŞ-ın dəstəyini müzakirə etməyi gözləyir. “The Times” yazır ki, Zelenski ABŞ-dan təhlükəsizlik zəmanəti almağa çağıracaq ki, Donald Tramp administrasiyası seçkidə qalib gələrsə, Ukraynanı əlverişsiz sülh sazişi bağlamağa məcbur etməsin.


Abunəlik