Paşinyan Ərdoğanla görüşdüyü gün sərhəddə hiyləyə əl atdı – DETALLAR

Baxılıb:117
Paşinyan Ərdoğanla görüşdüyü gün sərhəddə hiyləyə əl atdı – DETALLAR

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan görüşəcək. Görüşdə Cənubi Qafqazda sülh prosesi, Ankara-İrəvan münasibətlərinin normallaşması, sərhədlərin açılması müzakirə ediləcək.

Ankaranın tələbi məlumdur: Bakının şərtləri çərçivəsində sülh əldə edildikdə, yaxud ən azı sülh sazişi layihəsi razılaşdırıldıqda, İrəvanla normallaşma praktiki müstəvidə irəliləyəcək;

İrəvan Ankara ilə üçüncü tərəf – Bakı olmadan danışıqlara və sərhədlərin açılmasına çalışır;

Ermənistan Azərbaycanın maraqları nəzərə alınmadan normallaşma prosesinə razı salmaq məqsədilə iki istiqamətdə işləyir.

Birincisi, diplomatik danışıqlardır: Paşinyanın Ərdoğanla görüşdən umduğu da budur, hərçənd, bu yolla nəticə əldə etməyin mümkün olmadığını da anlayırlar;
İkincisi və ən çox ümid etdikləri Qərbdən Ankaraya təzyiqin edilməsidir: erməni diasporu/lobbisi bu planda İrəvanla paralel şəkildə işləyir;

Paşinyanın Ərdoğanla görüşdüyü gün Avropa İttifaqı ölkələrinin Ermənistandakı səfirlərini Türkiyə ilə sərhədə – “Marqara” keçid məntəqəsinə aparması da bu kontekstdə təsadüfi deyil. İrəvan bununla Türkiyə ilə sərhədin açılmasında “üzərinə düşən hər şeyi” etdiyini nümayiş etdirir və Qərbə “Ankaranın razı salınmasına dəstək verin” mesajı ötürür.


Abunəlik