Qan qaraldan “qırmızı xətt”: Əsəblər tarımda – Bu ölkə Rusiyanı vurmağa çağırdı

Baxılıb:69
Qan qaraldan “qırmızı xətt”: Əsəblər tarımda – Bu ölkə Rusiyanı vurmağa çağırdı

Qərb ölkələri Kiyevə tədarük edilən silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə qoyulan məhdudiyyətləri tezliklə aradan qaldırmalıdırlar.

Bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib. Onun fikrincə, hər hansı bir “qırmızı xətt”dən imtina etməyin vaxtı gəlib.

Siyasətçi deyib ki, Ukraynanın müttəfiqləri bu məsələni müzakirə etməyi dayandırmalı və tərəddüd etməməlidir. Frederiksenin sözlərinə görə, xüsusi hərbi əməliyyatın başlaması ilə “əsas qırmızı xətt” keçilib. Eyni zamanda o deyib ki, Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması eskalasiyaya səbəb olmayacaq və Qərb ölkələrini münaqişəyə sürükləməyəcək.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden, öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinə (AFU) Amerika silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək barədə hələ qərar vermədiyini söyləyib.

Bu arada, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antoni Tajani açıq şəkildə bildirib ki, ölkə hakimiyyəti Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləməyəcək. Onun sözlərinə görə, Avropa Parlamentinin çağırışlarına baxmayaraq, İtaliyanın mövqeyi dəyişməyəcək.


Abunəlik