YENİ BƏLANIN ayaq səsləri eşidildi – Bu ölkədə 5 nəfər epidemiyadan ÖLDÜ

Baxılıb:75
YENİ BƏLANIN ayaq səsləri eşidildi – Bu ölkədə 5 nəfər epidemiyadan ÖLDÜ

Misirin cənubunda yerləşən Asvan əyalətində nadir rast gəlinən mədə-bağırsaq xəstəliyinin epidemiyası qeydə alınıb.

Əyalətin qubernator İsmayıl Kamal bu qeyri-adi xəstəlikdən beş nəfərin öldüyünü bildirdi.

Qubernator, ölüm səviyyəsinin artmadığını, xəstəxanalarda xəstələrin vəziyyətinin stabil olaraq qaldığını vurğulayıb.

İ.Kamal həmçinin epidemiyanın Nil çayının sənaye tullantıları ilə çirklənməsi ilə əlaqəli ola biləcəyi ilə bağlı şayiələri də təkzib edib. O, əlavə edib ki, təmizləyici qurğuda mütəmadi olaraq sınaqlar aparılır, tullantı suları xlorla təmizlənir.

Rusiyanın Misirdəki səfirliyi vətəndaşlara qastroenterit epidemiyası səbəbindən Asvana səfər edərkən mümkün risklər barədə xəbərdarlıq edib və səyahətdən çəkinməyi və gigiyenik təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.


Abunəlik