“Bakıkart” tətbiqi nə zaman işləyəcək? – “Bank kartları ilə…”
Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatdan istifadə daha da artıb. Lakin bir müddətdir ki, insanların geniş istifadə etdiyi “BakıKart” tətbiqi işləmir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik” , – qurumdan qeyd olunub.
Avtobuslarda bank kartı ilə ödənişin nə vaxt mümkün olacağı barədə isə bildiriblər ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
“Paralel olaraq, bank kartları vasitəsilə də gediş haqqının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparılır” , – qurumdan bildirilib.