ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə…
ABŞ Hərbi Hava Qüvvələri Minuteman III qitələrarası ballistik raketinin buraxılışını simulyasiya edib.
Elektron sınaq buraxılışı üç gün əvvəl, sentyabrın 17-də baş tutub.
Qeyd edilir ki, bu cür sınaqlar ildə iki dəfə təşkil olunur. Bu müddət ərzində ballistik raketin real buraxılışı həyata keçirilmir.
Testlər “bir gecədə təşkil edilmir” – onlar illərlə əvvəlcədən planlaşdırılır.
“Nüvə qüvvələrimizin dayanıqlığının və qabiliyyətinin təmin edilməsi təkcə ABŞ vətəndaşlarına gecələr rahat yatmağa imkan vermir, həm də qlobal sabitliyi təmin edir ki, bu da iqtisadi rifahı təşviq edir”, – deyə bildirilib.
Sınaqların həm də Vaşinqtonun müttəfiqlərinə və düşmənlərinə mesaj verdiyi qeyd edilib.
Xatırladaq ki, iyunun 4 və 6-da ABŞ Kaliforniya ştatında döyüş başlığı olmayan Minuteman III qitələrarası ballistik raketlərinin əvvəlcədən elan edilmiş təlim buraxılışlarını həyata keçirib.
Hazırda ABŞ-da hər biri üç nüvə başlığı daşıya bilən 400 belə raket var.