Lukaşenko Qərbi hədələdi: Bu, üçüncü dünya müharibəsi deməkdir

Baxılıb:74
Lukaşenko Qərbi hədələdi: Bu, üçüncü dünya müharibəsi deməkdir

“Belarus ərazisinə hücum üçüncü dünya müharibəsinin başlaması deməkdir”.

Bunu Belarus prezidenti Aleksandr LukaşenkoMilli Birlik Günü üçün təşkil edilən proqramdakı çıxışında bildirib.

Belarusun sülh tərəfdarı olduğunu, müharibə istəmədiyini vurğulayan Lukaşenko qonşu dövlətlərdə sülhün hökm sürəcəyinə, xalqların harmoniya və dostluq içində yaşayacağı günün gələcəyinə inandıqlarını qeyd edib. O, dinc yanaşmaların zəiflik əlaməti olmadığına diqqət çəkərək, xarici təcavüzə hər zamankından daha sərt cavab verə biləcəklərini ifadə edib.

Prezident Qərb kəşfiyyat orqanlarının müharibənin davam etməsini istədikləri üçün Belarusu vəziyyəti gərginləşdirməkdə münasib yer kimi gördüklərini bəyan edib: “Başqalarının çəkmələri torpağımıza ayaq basmasa, biz bunu etməyəcəyik, Belarus ordusu münaqişəyə qoşulmayacaq”.

Lukaşenko son olaraq, ölkəsinin genişmiqyaslı münaqişələrə cəlb edildiyini xatırladıb: “Tarix təkrarlanır. Ancaq bunu başa düşməyənlərə, rəqiblərimizə və düşmənlərimizə xəbərdarlıq etmək istəyirəm. Bunu etməyə ehtiyac yoxdur. Bunun Avropaya və bütün dünyaya faydası olmayacaq. Çünki Belarusa hücum üçüncü dünya müharibəsi deməkdir”.


Abunəlik