Qəhvə sevənlər, bunu bilirsinizmi?-MARAQLI

Baxılıb:489
Qəhvə sevənlər, bunu bilirsinizmi?-MARAQLI

Dünyada ilk kofe mağazası 1475-ci ildə Osmanlı İmperiyasının Konstantinopol şəhərində (indiki İstanbul) “Kiva Han” adı ilə açılmışdır.
İlk bilinən kofe evi də Konstantinopolda, 1564-cü ildə açılmışdır.
Dünyanın hər yerində işlədilən kofe sözü Osmanlı türkcəsində olan kahve sözündən götürülmüşdür. Bu söz özü isə qədim ərəbcə müvafiq bitkinin adından gəlir.
Osmanlı sultanı Yavuz Səlim kofeni çox sevərmiş. 1511-ci ildə Məkkə əmiri şəxsi səbələr üzündən kofeni qadağan etsə də, bundan xəbər tutan sultan əmiri edam etdirmiş və kofenin müqəddəs içki olduğunu bəyan etmişdir.
1564-cü ildə Osmanlı Sultanı Qanuni Süleyman İstanbuldakı kofe evlərini bağlatdırmaq əmri vermişdir. Səbəb isə əhalinin orda hakimiyyət əlehyinə dedi-qodu etməsi faktları olmuşdur.
Avropada kofenin kütləvi yayılmasının da maraqlı tarixçəsi var. 1683-cü ildə Osmanlı İmperiyası Müqəddəs Roma imperiyasını məhv etmək üçün onun ərazilərini işğal edərək paytaxt Vyana şəhərinə 2-ci böyük hücüm təşkil etmişdir.(ilk hücum 1529-da olmuşdu) Osmanlı hədəfinə çata bilməyib geri qayıdan zaman onlardan qalan və müdafiə tərəfinin əlinə keçən qalıq malların içində 300 kiçik kisə kofe varmış. Bölüşdürmə zamanı bu kisələrə sahib çıxan Yuriy Kulsikskiy sonra onun satışına başlamışdır. Əhalinin kofeni alması üçün maarifləndirici, reklam xarakterli məlumatlar da yayan Yuriy kofeni Vyanada əməllicə məşhurlaşdırmışdır. Bunun ardından növbəti il o, Vyanada Qərbdə ilk kofe evini yaratmışdır. Bir neçə il sonra ikinci kofe klub Parisdə açıldı, daha sonra sürətlə Avropada açılmağa başladı.
Rusiyada kofe 18-ci əsrdə islahatçı dövlət xadimi imperator I Pyotrun təşəbbüsü ilə yayılmağa başlamışdır
Kofe dənləri quruluşuna görə iki növə ayrılır: Arabika və Robusta. Arabika daha populyar növdür.
Mağazalarda satılan və suda əriyən(sadə, 3-ü 1-ndə və.s.) kofe təbii kofe deyil. O kofe içməni asanlaşdırmaq üçün kofe dənlərinin müxtəlif texnoloji proseslərdən keçməsi nəticəsində əmələ gələn maddədir. Əsl kofe suda həll olmur, çöküntü verir.
Kofenin bir çox qovrulma, çəkilmə və bişirilmə/hazırlama metodu var. Bu metodlar alınan içkinin dadına da təsir göstərir. Bu növlərə bir sıra misallar: türk qəhvəsi(ocaqda cəzvə ilə bişirilir), espresso, amerikano, frenç press, aeropress, moka və.s. Hər bir metoddan alınan içkinin özünəməxsus dadları olur.
Dünyada ən çox kofe istehsal edən ölkə Braziliyadır.
Sadə kofe içki növləri ilə yanaşı saysız hesabsız kofe tərkibli qarışıq içkilər də mövcuddur. İsti və soyuq şəkildə içilməklə ən çox kofe tərkibli içkilər süd ilə hazırlanan içkilərdir. Bunlara Kapuççino, Breve, Bonbon, Latte, Espressino, Makkiato və.s. məşhur südlü içkiləri aid etmək olar. Soyuq buzlu növlərə isə Frappe, Mazagran, Palazzo kimi növləri aid etmək olar.
Kofe sağlamlığa təsir baxımından haqqında ən ziddiyyətli fikirlərin dolaşdığı qida növlərindən bəlkə də 1-cidir. Həm zərərli həm xeyirli olması barədə saysız hesabsız iddialar olsa da əksər hallarda onlardan heç birinin ümumiləşmiş əsası olmur, bir çoxu başqa faktorların təsiri il xüsusi hallara aid olan faktlar olur. Amma ümumiləşdirərək bir neçə faktı qeyd etmək olar:
Günə 2 fincandan çox olmayaraq kofe içmək sağlamlığa bir çox komponentlər üzrə xeyirlidir və gümrahlığı artırır, başağrı, yorğunluq olduqda aradan qaldırmaqda köməkçi olur.
Həddindən çox kofe içmək asılılıq yaratmaqla yanaşı qan təzyiqinə və mənfi təsir göstərə bilər. (İstisna hallar da var: Məsələn fransız filosofu Volter günə 50 fincana(!) yaxın kofe içərmiş, amma buna rəğmən 83 il yaşayıb)
Kofe maye qovucu təsirə malikdir deyə kofe qəbulundan bir qədər sonra su içmək düzgün olar.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir