Dünyanı qorxudan sualın cavabı NATO-dan gəldi: Nüvə müharibəsi olacaq?
NATO Rusiyanın nüvə sahəsində hədələri ilə bağlı Qərbin adekvat reaksiyasına ehtiyac yaradacaq hər hansı hərəkəti görmür.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Foreign Policy”nin sualına cavabında deyib.
“Biz indiyədək nüvə qüvvələrinin mövqeyində müvafiq dəyişiklik etməyi tələb edən hər hansı dəyişiklik görməmişik”, – Stoltenberq bildirib.
O, həmçinin vurğulayıb ki, alyans Rusiyanın hərəkətlərini diqqətlə izləyir.
Stoltenberq onu da bildirib ki, NATO Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləməklə müharibənin iştirakçısına çevrilmir.