Putindən Qərbə CİDDİ XƏBƏRDARLIQ: “Müvafiq qərarlar qəbul edəcəyik”
Rusiya Prezidenti Vladimir Putin Qərbin uzaqmənzilli dəqiq silahlarının Rusiya Federasiyasına qarşı tətbiqi ehtimalını şərh edib.
Onun cavabını Kremlin mətbuat xidməti dərc edib.
Putin diqqəti Qərb raketlərinin hücumları üçün NATO peyklərindən kəşfiyyat məlumatları tələb etdiyinə və əslində yalnız NATO ölkələrinin hərbi personalının bu raket sistemlərinə uçuş missiyalarına daxil ola biləcəyinə diqqət çəkib.
“Beləliklə, Ukrayna ordusu təkbaşına belə hücumlar həyata keçirə bilməz. Bu, NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq”, – Putin bildirib.
Prezident qeyd edib ki, bu halda Rusiya Ukraynadakı münaqişənin mahiyyətinin dəyişməsini nəzərdə tutacaq.
“Bizim üçün yaranacaq təhlükələrə əsaslanaraq, müvafiq qərarlar qəbul edəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Rusiya ərazisinə hücum üçün uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarının verildiyinə şübhə etmir. Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov da qeyd edib ki, ABŞ-ın Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlər atmasına icazə verib-verməməsi ilə bağlı söhbətlər belə bir qərarın əslində artıq qəbul olunduğunu göstərir.