İran sərhəddə hasar çəkir: Nədən qorxurlar?
İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Kiumərs Heydəri İranın şimal-şərqindəki sərhəd bölgələrinə səfəri zamanı Əfqanıstanla sərhədin təhlükəsizliyinin təmin edilməsi üçün aparılan tikinti işləri ilə tanış olub.
Bu barədə “Mehr” məlumat yayıb.
Briqada generalı Heydəri sərhədyanı əraziləri gəzib, quru qoşunları tərəfindən hasarlanma və digər təhlükəsizlik tədbirlərini əhatə edən əməliyyatları müşahidə edib.
“Ölkənin şimal-şərq bölgəsində sərhəd divarlarını bağlamaq planı Ordunun mühəndis qrupları tərəfindən uğurla həyata keçirilir”, – məlumatda deyilir.
İranlı generalın sözlərinə görə, sərhəd layihəsinin başa çatdırılması üçün ordunun quru qoşunlarının bütün mühəndis resursları təmin ediləcək. İranın şərq sərhədləri boyunca Rəzəvi Xorasan əyalətində 330 kilometrlik layihə dörd mühəndis qrupu tərəfindən həyata keçirilir.
Layihənin məqsədi Əfqanıstanla 945 kilometrlik sərhəddə təhlükəsizliyi artırmaqdır.