Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib

Baxılıb:60
Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib

İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı ölkələrindən nümunə götürərək, İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib.

Bu barədə “Tashim News Agency” məlumat yayıb.

Pezeşkian bu fikri Bağdada rəsmi səfəri zamanı irəli sürüb. O vurğulayıb ki, İran və İraq arasında uzunmüddətli dostluq tarixi var və bu dostluq gələcək islam dövlətləri birliyinin əsasını təşkil edə bilər.

Pezeşkianın sözlərinə görə, ölkələrin birləşməsi xarici sanksiyaları zərərsizləşdirəcək və həmçinin “sionist terrorizmi” ilə mübarizəyə kömək edəcək. Bundan əlavə, siyasi, iqtisadi, sosial və mədəni əlaqələri gücləndirəcək.

İraq prezidenti Əbdül Lətif Rəşid buna cavab olaraq deyib ki, İslam dünyası ölkələri ticarətdə ABŞ dollarından istifadəni dayandırmalıdırlar. O, həmçinin İranla müxtəlif məsələlərdə əməkdaşlığın genişləndirilməsini alqışlayıb.


Abunəlik