Azərbaycan ordusunun zirehli maşını vuruldu?- Açıqlama

Baxılıb:230
Azərbaycan ordusunun zirehli maşını vuruldu?- Açıqlama

Bu gün sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan qoşunları arasında təmas xəttinin Naxçıvan istiqamətində “hərbi texnikanın vurulması” barədə videokadrlar yayılıb. Bildirilir ki, Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mayın 31-də Azərbaycan ordusunun hərbi texnikasına zərbə endirib və bu, faktiki olaraq bir neçə gün əvvəl həmin istiqamətdə Ermənistan ordusunun batalyon komandirinin maşınının vurulmasına cavabdır.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan həmin kadrları şərh etməyib. Lakin onu bildirib ki, erməni tərəfi heç vaxt “belə hərəkətlərə təşəbbüs emir, ancaq onlara cavab verir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan KİV-ləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində 2018-ci ildə möhkəmləndiyi Qızılqaya yüksəkliyindən Ermənistanın  Arni kəndi yaxınlığında batalyon komandirinin mövqelərə doğru hərəkət edən “Nissan” markalı cipinin vurulduğunu bildirirdi. Orada deyilirdi ki, batalyon komandiri zərər çəkməyib, amma maşını yanıb. O da deyilirdi ki, aprel ayında da Ermənistan ordusunun texnikası həmin mövqelərdən vurulub.

Bəs indi ermənilərin yaydığı bu kadrlar həqiqətənmi Azərbaycan ordusunun texnikasının vurulmasını əks etdirir? Virtualaz.org Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə müraciət edib. Oradan bildiriblər ki, həmin informasiya yalandır, Azərbaycan ordusunun mayın 31-də Naxçıvan istiqamətində heç bir texnikası vurulmayıb. “Tam əminliklə bəyan edirik ki, həmin kadrlarda əks olunan texnika bizə məxsus deyil, burası tam dəqiqdir”,-nazirlikdən deyiblər.

Armiya.az isə öz mənbələrinə əsasən həmin kadrların əslində ermənilərin texnikasının vurulması zamanı çəkildiyini yazıb.

AzTimes.az / virtualaz.org


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir