Polşa-Almaniya dostluğunun arasına QAZ BORUSU GİRDİ: Münasibətlər pisləşir

Baxılıb:58
Polşa-Almaniya dostluğunun arasına QAZ BORUSU GİRDİ: Münasibətlər pisləşir

Polşanın baş naziri Donald Tusk iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda bu həftənin sonunda Almaniyaya planlaşdırılan səfərini ləğv edib.

Bu barədə “Euractiv” portalı məlumat yayıb.

Onun sözlərinə görə, Tusk “demokratiyanın, söz və mətbuat azadlığının, eləcə də Avropa anlaşmasının gücləndirilməsinə sadiq olan şəxslərə” verilən “M100” Media Mükafatını almaq üçün Potsdama getməli idi. Ancaq son anda o, daxili öhdəliklərini əsas gətirərək səfəri ləğv edib, indi onun yerinə ədliyyə naziri və baş prokuror Adam Bodnar gedəcək.

Tuskun şərəfinə çıxış etməli olan Almaniya kansleri Olaf Şolz da mərasimdə iştirak etməyəcək.

“Təəssüf hissi ilə sizə bildiririk ki, kansler Olaf Şolz iştirakını bəzi ziddiyyətlərə görə ləğv etmək məcburiyyətində qalıb. Baş nazir Donald Tusk da mühüm milli öhdəliklərə görə mərasimdə iştirak edə bilməyəcək”, – portal təşkilatçıların bəyanatına istinadən yazıb.

Polşa baş nazirinin ofisi portalın sorğusuna cavab vermədiyi üçün Tuskun Almaniyaya səfərini ləğv etmək qərarının dəqiq səbəbi bəlli deyil. Bununla belə, “Euractiv” yazır ki, Polşa-Almaniya münasibətləri son həftələr soyuqlaşıb. Portalın mənbələrə istinadən verdiyi məlumata görə, münasibətlərin pisləşməsinə əsas səbəb “Şimal axını” və “Şimal axını 2” boru kəmərləri ilə bağlı vəziyyət olub.


Abunəlik