Polis və prokurorluq bu partiyalarda axtarış aparıb: Onları Rusiya maliyyələşdirir

Baxılıb:40
Polis və prokurorluq bu partiyalarda axtarış aparıb: Onları Rusiya maliyyələşdirir

Moldova polisi prokurorlarla birlikdə müxalif “Pobeda” blokuna daxil olan bəzi partiyaların ofislərində axtarış aparıb. Axtarış “Promsvyazbank” vasitəsilə Rusiyadan qeyri-qanuni maliyyələşmə şübhəsi ilə bağlı aparılıb.

Bu barədə Baş Polis Komissarlığının mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Departamentdən bildirilib ki, “Pobeda” blokuna daxil olan partiyaların nümayəndələrinin “Promsvyazbank”da hesabları olub. Onlara seçkilərdə siyasi və korrupsiya əməllərinə görə PSB mobil tətbiqi vasitəsilə pul köçürüldüyü iddia edilir. Polis də iddianı təsdiqləyir. Bildirib ki, pulu alanlar siyasi partiyaların ilkin ərazi təşkilatlarının üzvləridir.

Xatırladaq ki, bundan əvvəl Moldova Mərkəzi Seçki Komissiyası “Pobeda” blokunun namizədi Vasili Bolinin seçkilərdə iştirak etmək üçün təşəbbüs qrupunu qeydə almaqdan imtina edib. O, müstəqil deputat kimi sənədlərini təqdim edib.


Abunəlik