Heyrətamiz araşdırma: Yarasaların sayı azaldıqca, uşaq ölümlərinin sayı artır
ABŞ-da yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib. Yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən tapıntıları əlavə edib.
Yarasalar çoxları tərəfindən qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında böyük əhəmiyyətə malikdir.
Xüsusilə hər gecə minlərlə həşəratı yeyərək, kənd təsərrüfatı sahələrində pestisidlərin istifadəsini əhəmiyyətli dərəcədə azaldırlar.
Bununla belə, ABŞ-da yarasa populyasiyası son 20 ildə ciddi təhlükə altındadır. İnsanlara heç bir təsiri olmayan “Ağ burun” sindromu adlı göbələk xəstəliyi yarasaları öldürə bilir və yoluxduğu bütün koloniyaları məhv edəcək qədər güclüdür. Hazırda bu xəstəlik ABŞ-ın 40 ştatında və Kanadanın 9 əyalətində müşahidə olunur.
Çikaqo Universitetinin ekoloji iqtisadçısı Eyal Frank təəccüblü bir araşdırma edib:
“Yarasa populyasiyasının azalması ilə körpə ölümü çoxalır. 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadə 31 faiz artıb. “Ağ burun” sindromunun yarasa populyasiyasını azaltdığı bölgələrdə körpə ölümləri 8 faiz artıb”.