Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladı

Baxılıb:57
Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladı

İrəvan və Brüssel arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar rəsmən başlayıb.

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Şinasla görüşdə bəyan edib.

“Mən şadam ki, əlaqələrimizdə nəzərəçarpacaq dəyişikliklər var: Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır. Avropa Sülh Fondu vasitəsilə Ermənistan Respublikasına dəstək vermək barədə qərar qəbul edilib və biz bunu yüksək qiymətləndiririk”, – Paşinyan deyib.


Abunəlik