Ermənistan açıqladı: Azərbaycanla 16 maddənin 13-ü üzrə tam razılığa gəldik

Baxılıb:70
Ermənistan açıqladı: Azərbaycanla 16 maddənin 13-ü üzrə tam razılığa gəldik

Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər.

Bu barədə İrəvanda Lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, sülh sazişinin tezliklə imzalanması üçün real şans var.

“16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb”, – Mirzoyan bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında sənədin 17 maddəsindən 13-nün razılaşdırıldığını bildirmişdi.


Abunəlik