Putinlə danışıqlar üçün ən ideal ölkə: prezidentə müraciət edildi

Baxılıb:75
Putinlə danışıqlar üçün ən ideal ölkə: prezidentə müraciət edildi

Ukrayna hakimiyyətinin Almaniyanın Kiyevlə Kreml arasında danışıqlarda vasitəçi olmasına qarşı heç bir fikri yoxdur.

Bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik deyib. O, Almaniya kansleri Olaf Şoltsu Putinlə əlaqə saxlamağa və onunla Ukrayna üzrə danışıqları müzakirə etməyə çağırıb.

“Şolts yaradıcı ola bilər və Almaniyanın Moskvada səfirliyinin hələ də olması ilə bağlı sualı araşdırmaq üçün alman diplomatik kanallarından istifadə edə bilər”, – deyə diplomat “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.

Melnik qeyd edib ki, Kreml rəhbəri “birdən-birə Çin, Braziliya və Hindistanın vasitəçiliyini qəbul edəcəyinə dair yeni siqnallar aldı”, çünki “bu dövlətlərin başçıları ilə etibarlı əlaqələr saxlayır”.

Ukraynalı diplomat qeyd edib ki, Kiyev belə vasitəçiləri qəbul etmir.


Abunəlik