Müdafiə Nazirliyi məlumat yaydı
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilir.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 3-dən 6-adək Seyfəli poliqonunda həyata keçiriləcək:
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.”