Şəmkirdə bir nəfər su anbarında batdı

Baxılıb:58
Şəmkirdə bir nəfər su anbarında batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində Şəmkir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Abunəlik