Zelenski Rusiyadan qaz tranziti ilə bağlı şərt qoydu: Əgər Azərbaycan qazı…

Baxılıb:69
Zelenski Rusiyadan qaz tranziti ilə bağlı şərt qoydu: Əgər Azərbaycan qazı…

Ukrayna 2025-ci il yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini uzatmayacaq, lakin Rusiya Federasiyasının ərazisindən digər ölkələrdən enerji resurslarını tədarük etməyə hazırdır.

Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, “Mərkəzi Asiya ölkələrindən gələcək qazdan” danışmaq olar.

“Hər hansı bir Avropa ölkəsi Qazaxıstan və ya Azərbaycan qazını almağı zəruri hesab edərsə, müvafiq logistika, hüquqi baza və müqavilə şərtləri olarsa, Ukrayna onu tranzit etməyə hazırdır”, – Podolyak qeyd edib.

O, Ukraynanın mövcud vəziyyətə baxmayaraq, gələn ilin əvvəlində başa çatacaq hazırkı müqavilələri birtərəfli qaydada ləğv edə bilməyəcəyini vurğulayıb.


Abunəlik