Deputatlığa namizəd RAMİL GÖYÜŞOV ŞƏHİD ATASININ probleminin aradan qaldırılması məqsədilə AZƏRİQAZA müraciət ünvanladı
Deputatlığa namizəd RAMİL GÖYÜŞOV 2023 cü ilin sentyabrın 19-da bir günlük antiterror əməliyyatında Şəhidlik zirvəsinə ucalan kiçik çavuş ABDULLAYEV ASİM CAVANŞİR oğlunun ATASININ probleminin aradan qaldırılması məqsədilə AZƏRİQAZA müraciət ünvanlayıb.RAMİL GÖYÜŞOVUN müraciətini təqdim edirik:
“Hörmətli və Müzəffər Seçici!
Son günlər ərzində bir çox görüşlər keçirdim.Yaşadığımız ərazidə son on illərdə AZƏRBAYCANIN ərazi bütövlüyü uğrunda şəhid olmuş əksər qardaşlarımızın dəfn və yas mərasimlərində iştirak etmişik.Təəsüf ki, bu görüşlər zamanı üzləşdiyimiz bəzi məqamlarla Sizlərlə bölüşmək məcburiyyətindəyəm.
TOVUZ rayonu VAHİDLİ kəndində keçirdiyim görüş zamanı dünya hərb tarixinə şanlı tarix kimi yazılan 2023 cü ilin sentyabrın 19-da bir günlük antiterror əməliyyatında Şəhidlik zirvəsinə ucalan kiçik çavuş ABDULLAYEV ASİM CAVANŞİR oğlunun atası CAVANŞİR kişi mənə üzləşdiyi problem haqqında ətraflı məlumat verdi. Problemin ictimailəşməsini özümə borc bildim.
Təsəvvür edin 2024 cü ildə Vahidli kəndin ərazisinin bir qismində təbii qazın çəkilib istehlakçıya verilməsində bir ildən artıqdır ki, problem yaşanır. Həmən problem ŞƏHİDİMİZİN ailəsi yaşadığı ərazidə mövcuddur. Araşdırmamız nəticəsində bəlli oldu ki, yerli İcra Hakimiyyətinə müraciət edilib və onlar tərəfindən müəyyən köməklik göstərilərək yerli AZƏRİQAZ nümayəndələri tərəfindən qaz boruları qapılarına kimi çəkilib, lakin qaz Sayğacın quraşdırılması mümkün olmur. Şəhidimizin atasının ən böyük arzusu 19 sentyabr Şəhidimizin el adətinə keçirilən İL mərasiminə kimi sayğacın quraşdırılmasını görmək və Dağ kəndi olan Vahidlidə qışda istilik problemləriylə üzləşməmək. Elin oğlu kimi özümə borc bildim bu məsələni Azəriqaza çatdıraq və Antiterror əməliyyatının birinci ilin qeyd edilməsi zamanı Şəhidimizin evində təbii qazın verilməsinə yardımçı olaq.
Xalqımızın QƏHRƏMAN ŞƏHİD ailələrinin heç bir ehtiyacının qarşılıqsız qalmayacağına ümid edirik!”