Evdar qadınlar necə pensiya ala bilərlər? – Hüquqşünas açıqladı
Rusiyada evdar qadınlar sosial pensiyaya arxalana bilərlər və ya öz gələcək pensiyalarını təşkil edə bilərlər.
Bu məsələyə hüquqşünas İvan Solovyov “Finance Mail” portalında aydınlıq gətirib.
Kifayət qədər iş təcrübəsi olmayan vətəndaşlara sosial pensiya təyin edilir. 2024-cü ildə minimum aylıq qocalıq ödənişi 7689 rubl (143 AZN) təşkil edir.
“Eyni zamanda, rəsmi olaraq işsiz olan ruslar məcburi pensiya və tibbi sığortaya ayırdıqları töhfələr hesabına pensiyalarını müstəqil şəkildə formalaşdırmaq imkanına malikdirlər. Əmanətin məbləği nə qədər çox olarsa, vətəndaşa bir o qədər çox pensiya əmsalı və iş stajı hesablanır”, – deyə Solovyov vurğulayıb.