Rusiya etiraf etdi, Kursk əldən gedir: Ukrayna müdafiə strukturları qurur

Baxılıb:70
Rusiya etiraf etdi, Kursk əldən gedir: Ukrayna müdafiə strukturları qurur

Kursk vilayətinin müəyyən ərazilərində Ukrayna Silahlı Qüvvələri (AFU) fəal müdafiə strukturları qurur.

Bunu Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin (GVPU) rəis müavini, general-mayor Apti Alaudinov deyib.

Alaudinov Ukrayna hərbçilərinin konkret hansı bölgələrdə istehkamlar qurduğun barədə məlumat verməyib.

“Əksər ərazilərdə Ukrayna Silahlı Qüvvələri fəal şəkildə qazıntılar aparır (…) Bir neçə istiqamətdə düşmən fəal şəkildə mövqelərimizi sıxışdırmağa çalışır”, – o bildirib.

Bundan əvvəl hərbi bloqerlər və hərbi müxbirlər Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın köhnə müdafiə strukturlarından öz məqsədləri üçün istifadə etdiyini bildirmişdilər.


Abunəlik