Kurskda son durum: İki istiqamətdə 11 saat şiddətli döyüş gedib

Baxılıb:120
Kurskda son durum: İki istiqamətdə 11 saat şiddətli döyüş gedib

“Axmat”ın komandiri, Rusiya Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, general-mayor Apti Alaudinov Kursk vilayətində gedən döyüşlərdən danışıb.

O, bu barədə “Telegram” kanalında yayımladığı videomüraciətdə danışıb.

Alaudinovun sözlərinə görə, “Axmat” iki ərazidə Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərləri ilə 11 saata yaxın döyüşüb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri böyük itki verib.

“Qeyd edim ki, çətin olsa da, uşaqlar qəhrəmancasına döyüşərək tab gətirdilər. Düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib”, – Alaudinov deyib.

Xüsusi təyinatlıların komandiri əlavə edib ki, Rusiya hərbçiləri artilleriya, avtomatik qumbaraatan (AQS) və minaatanlar da daxil olmaqla bir neçə texnikanı məhv edib.


Abunəlik