Zəngəzurda təlatümlü hadisələr gözlənilir: Paşinyanın gerçək planı nədir?
“Yaxın dövrdə Sünikdə (Zəngəzur) təlatümlü siyasi hadisələr gözlənilir”.
Bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Gorusun meri Aruş Aruşanyanla yanaşı, Qacaran meri Manvel Paramazyan və Qafanın meri Gevorq Parsyanın vəzifədən uzaqlaşdırılmasına hazırlıq gedir.
“Bu şəxslər öz xoşları ilə vəzifədən getməsə, həbs edilə bilərlər. İctimai dairələr vaxtilə üsyan qaldıran bu merlərin hakimiyyətə “sədaqət andı içdiyini” düşünsə də, əslində bunun səbəbi Sünikin (Zəngəzur) qubernatoru Robert Qukasyan amili ilə bağlıdır. Qukasyan icma rəhbərləri ilə işgüzar münasibətlər qura bilib və onları bəzi dövlət tədbirlərində iştirak etməyə inandırıb.
Lakin baş nazir Nikol Paşinyan qarşıdan gələn siyasi və seçki proseslərdən öncə bütün mümkün maneələri aradan qaldırmaq qərarına gəlib”, – nəşr yazıb.