Durov 6 il öncə Makronun görün hansı təklifindən imtina edib – Həbsin şok detalları

Baxılıb:67
Durov 6 il öncə Makronun görün hansı təklifindən imtina edib – Həbsin şok detalları

Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə “Telegram”ın yaradıcısı Pavel Durovu nahara dəvət edib. O, Durovdan şirkətin baş ofisini Parisə köçürməsini istəyib.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazıb.

Məlumata görə, Durov bundan imtina edib. İddia olunur ki, Makron ona Fransa vətəndaşlığı verilməsini də nəzərdən keçirib və iş adamı nəhayət 2021-ci ildə vətəndaşlıq alıb.

WSJ-nin məlumatına görə, 2017-ci ildə Fransa və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları birgə əməliyyat zamanı Pavel Durovun “iPhone” markalı telefonunu “sındırıblar”. Casus əməliyyatının kod adının “Purple Music” olduğu iddia edilir. Nəşr iddia edir ki, Fransa təhlükəsizlik rəsmiləri İŞİD-in silahlıları cəlb etmək və hücumlar planlaşdırmaq üçün “Telegram”dan istifadə etməsindən narahatdırlar.

WSJ mənbələrindən biri “Telegram”ın illərdir “şirkətin nadir hallarda təsdiqlənən e-poçt ünvanında toplanan” çağırışlara və məhkəmə qərarlarına məhəl qoymadığını söyləyib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisə gedərkən saxlanılıb. Onun 12 iş üzrə, o cümlədən dələduzluqda iştirak və uşaq pornoqrafiyasının yayılmasında ittiham edilir. Fransa prezidenti təkid edir ki, “bu, heç bir halda siyasi qərar deyil”. “Telegram”ın mətbuat xidmətindən bildirilib ki, messencer Avropa qanunlarına uyğundur, məzmunun moderasiyası qaydaları isə sənaye standartlarına cavab verir.

Akqabay


Abunəlik