Durov Bakıda Putinlə görüşüb: Kreml niyə gizlədir? – Rus kəşfiyyatçı şok faktları açıqladı
“Telegram”-ın yaradıcısı Pavel Durov Azərbaycanda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Bu iddianı Rusiya kəşfiyyatının sabiq əməkdaşı Sergey Jirnov səsləndirib.
O qeyd edib ki, bu cür nəticələrə Putinin mətbuat katibi Dmitri Peskov təkan verib və o, belə bir görüşün baş tutmasını inadla inkar edir.
“Peskov açıqlama verdi ki, Pavel Durov Azərbaycanda Putinlə görüşməyib, ona bunu təklif etməyiblər. Onun açıqlamalarının doğruluğuna şübhə edirəm”, – deyə keçmiş rus kəşfiyyatçısı qeyd edib.
Jirnov əmindir ki, bu cür bəyanatlar çox vaxt real hadisələri gizlədir. O, hesab edir ki, belə səviyyəli təkliflər o qədər də asan rədd edilmir: “Peskov “yox” deyirsə, bu, “hə” deməkdir”, – sabiq kəşfiyyatçısı əlavə edib.
Xatırladaq ki, “Telegram”-ın baş direktoru və təsisçisi avqustun 24-də Fransada saxlanılıb. O, terrorçuluq, fırıldaqçılıq və narkotik alveri də daxil olmaqla, messencerin işində çoxsaylı pozuntularda ittiham olunur.
“Telegram” komandası əmin edir ki, onlar Avropa İttifaqının qanunlarına əməl edirlər və messencerin təsisçisinin gizlədə biləcəyi heç nə yoxdur.
Fransa prezidenti Emmanuel Makron artıq Durovun saxlanmasına münasibət bildirib. Onun sözlərinə görə, söhbət siyasi məsələdən getmir və ölkənin məhkəmə sistemi tam müstəqildir.