Bu ölkədə ermənilərlə belə rəftar edirlər: Saatlarla sərhəddə saxlayırlar, ələ salırlar…

Baxılıb:68
Bu ölkədə ermənilərlə belə rəftar edirlər: Saatlarla sərhəddə saxlayırlar, ələ salırlar…

Ermənistandan Bolqarıstana gələn turistlər son vaxtlar vaxtaşırı Bolqarıstan sərhədçilərinin kobud münasibətindən şikayətlənirlər.

Bu barədə “Hetq.am” məlumat yayıb. Bildirilir ki, erməni turistlər hava limanında saatlarla gözləməyə məcbur edilir, onlara lağ edilir, bir çoxlarının ölkəyə girişi tamamilə qadağan edilir.

Turistlərdən biri Aram Mnatsakanyan nəşrə bildirib ki, o, Bolqarıstan səfirliyində Şengen vizası alıb və avqustun 7-də dostu ilə birlikdə Sofiyaya uçub. Sofiya hava limanında sərhədçilər pasportlarına möhür vurmaqdan imtina edib, onları ayrıca otağa aparıblar, üç saat orada saxlayıblar, bundan sonra ölkəyə buraxılmayıblar. Aramın sözlərinə görə, sənədlərində hər şey qaydasında olub, heç bir qanun pozuntusu olmayıb. Bolqarıstanın paytaxtında növbəti reyslə Ermənistana yola salınmazdan əvvəl onları dörd gün havasız kamerada, qeyri-insani şəraitdə saxlayıblar.

David Baqdasaryan və həyat yoldaşı da oxşar vəziyyətə düşüblər. Onlar özlərinin və daha 60 nəfərin hava limanında bir neçə saat saxlanıldığını bildiriblər. Onlara hədə-qorxu gəlinib, istehza edilib. Bolqarıstan vasitəsilə başqa ölkəyə getməmək barədə iltizam imzalamaları tələb olunub.

Nəticədə David, həyat yoldaşı və iki uşaqlı başqa bir sərnişinin girişinə icazə verilməyib, bundan sonra onlar da bir müddət təcridxanada qalmalı olublar.


Abunəlik