Makron Durovu buna görə həbs etdirib: Almaniya şok detalları açıqladı

Baxılıb:91
Makron Durovu buna görə həbs etdirib: Almaniya şok detalları açıqladı

“Telegram” messencerinin qurucusu Pavel Durovun Fransa hakimiyyəti tərəfindən həbsinin əsl məqsədinin müxalifətlə mübarizə aparması olub.

Bu barədə Almaniya Bundestaqının sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatı Şteffen Kotre “RİA Novosti” ilə söhbətində deyib.

O, Durovun həbsinin rəsmi əsaslarını bilmədiyini qeyd edib. Eyni zamanda, Kotre vurğulayıb ki, son vaxtlar alman mediası davamlı olaraq “Telegram”dan “sağçı ekstremistlər” və “sui-qəsd nəzəriyyələrinin tərəfdarları” tərəfindən istifadə edilməsindən danışır. Deputat deyib ki, o, həmçinin messencer istifadəçilərinin, o cümlədən müxalifətçilərin müdafiəsi ilə bağlı prinsipial mövqeyi ilə tanınır.

“Bu, Pavel Durovun məhkəməsi üçün əsl səbəb olacaq. Onlar müvafiq müxalifətə qarşı tədbir görmək istəyirlər”, – Kotre bildirib.

Qeyd edək ki, Pavel Durov bazar günü gecə Parisətrafı Le Burje hava limanında saxlanılıb. Üstəlik, Durovun özü də Fransa vətəndaşlığına malikdir. O, hazırda həbsdədir.

TF1 telekanalı bildirib ki, order Durovun Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmədiyinə görə verilib. Onların fikrincə, bu, onu narkotiklərin qanunsuz dövriyyəsində və digər ağır cinayətlərdə də şərik edir. Bildirilib ki, Durov məhkəmə qarşısına çıxmalı və “terrorizm, narkotik, dələduzluq, çirkli pulların yuyulması, oğurlanmış malların alınması, cinayət tərkibi” daxil olmaqla, çoxsaylı ittihamlarla üzləşməlidir. Fransız jurnalist Siril Amurski Durovun 20 ilə qədər həbs oluna biləcəyini yazıb.


Abunəlik