Bakıda 22 yaşlı oğlan canına qəsd etdi
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 26.08.2024-cü il tarixində saat 00:10-da Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
22 yaşlı (kişi cinsli) şəxsin həkimə qədər ölümü qeydə alınıb.
Bakının 3-cü mikrorayon ərazisində intihar hadisəsi olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, bir nəfər naməlum şəxs özünü çoxmərtəbəli binadan atıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.