“Hizbullah”dan XƏBƏRDARLIQ: bu baş verərsə, cavab çox sərt olacaq

Baxılıb:66
“Hizbullah”dan XƏBƏRDARLIQ: bu baş verərsə, cavab çox sərt olacaq

“Hizbullah” hərəkatı Livanda mülki şəxslərə zərər veriləcəyi təqdirdə İsrailə sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

Bu barədə “RİA Novosti” hərəkatın mətbuat xidmətinə istinadən yazıb.

“Hücumlar nəticəsində livanlı mülki əhali zərər görərsə, “Hizbullah” İsrail Müdafiə Qüvvələrinin hücumlarına sərt cavab verməyə hazırdır. Cavab çox güclü və sərt olacaq”, – deyə məlumatda bildirilir.

Bəyanatda qeyd edilir ki, “Hizbullah” hazırda maksimum hazırlıq vəziyyətindədir.


Abunəlik