Göyçayın bu kəndində məktəb binası olduqca qəzalı vəziyyətədir-FOTOLAR

Baxılıb:184
Göyçayın bu kəndində məktəb binası olduqca qəzalı vəziyyətədir-FOTOLAR

AzTimes.az xəbər verir ki, 91 saylı Göyçay Seçki Dairəsi üzrə deputatlığa namizəd Yusif Resul “Facebook” sosial şəbəkə hesabında Göyçay rayonu Xəlitli kənd ümumi orta məktəbinin bərbad vəziyyətdə olması haqda foto görüntülər paylaşıb.

Fotolardan da bəllidir ki, məktəb olduqca qəzalı haldadır.

Baxmayaraq ki, Azərbaycan hazırda dünya arenasında inkişaf etmiş dövlətlər sırasında qeyd edilir, lakin belə şeylər ölkəmiz üçün açıq-aşkar nöqsandır. Elm və Təhsil Naziri yoldaş Emin Əmrullayev, Sizin, rəhbərlik etdiyiniz nazirliyin işçilərinin övladları və ya qohum-əqrəbaları lüks şəraitdə, ancaq kasıbın balası qəzalı, anti-sanitar, ilan və zəhərli həşəratlarla dolu “məktəb”də təhsil almağa məhkumdur.


Abunəlik