Uşaq qidası alarkən diqqətli olun!

Baxılıb:103
Uşaq qidası alarkən diqqətli olun!

ABŞ-da uşaq qidaları ilə bağlı araşdırma aparılıb.

Tədqiqat çərçivəsində ABŞ-da satışda olan 651 uşaq qidasının keyfiyyəti qiymətləndirilib.

Bildirilir ki, məhsulların heç biri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarında əks olunan təşviqat tövsiyələrinə uyğun gəlməyib.

Belə ki, məhsulların 70 faizində yetərli zülal səviyyəsinin olmadığı, təxminən yarısının isə gündəlik şəkər tələbini aşdığı aşkar edilib. Eyni zamanda məhsulların 20 faizi tövsiyə olunan natrium səviyyələrini keçib.

Araşdırma “Nutrients” jurnalında dərc edilib.


Abunəlik