Çar ailəsini belə qətlə yetiriblər – Rusiyanın baş prokuroru dəhşətli faktları açıqladı

Baxılıb:64
Çar ailəsini belə qətlə yetiriblər – Rusiyanın baş prokuroru dəhşətli faktları açıqladı

Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov çar ailəsinə qarşı amansız repressiya barədə danışıb.

Krasnov bu barədə jurnalist və yazıçı Sergey Minayevə müsahibəsində məlumat verib.

Baş prokuror bundan əvvəl Rusiya imperatorunun və onun yaxınlarının qətlinin təfərrüatlarını üzə çıxaran istintaqa rəhbərlik edib.

“Edam iştirakçıları qətl zamanı onların (Romanovlar ailəsinin üzvləri) dərhal ölmədiklərinə, sağ qaldıqların çox təəccübləniblər. Arvad və qızların paltarlarına zinət əşyaları tikildiyi üçün güllələr onların üstündən sıçrayıb”, – İqor Krasnov deyib.

“Və bu, qatillər üçün möcüzə idi, onlar sonradan bu barədə danışıblar… Sonra süngü ilə onların işini bitiriblər”, – baş prokuror ifadələrdəki məlumatlara istinad edərək deyib.

Çar ailəsinin zinət əşyalarının edamdan sonra hara getdiyini soruşduqda, Krasnov cavab verdi ki, “bir hissəsi mənimsənilib, bəziləri muzeylərin arxivində qalıb”.


Abunəlik