Ağciyər xərçənginə qarşı peyvənd bu ölkələrdə başladı – Minlərlə insan xilas olacaq
Dünyanın ilk ağiyər xərçəngi peyvəndi xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb.
Mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialını “təməlqoyma” kimi xarakterizə edirlər.
“BNT116” kimi tanınan və “BioNTech” tərəfindən istehsal olunan bu peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngini (KHDAK) müalicə etmək üçün nəzərdə tutulub.
Sınaq Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə də daxil olmaqla yeddi ölkədəki 34 tədqiqat mərkəzində başlanıb.
Bu üsul kimyaterapiyadan fərqli olaraq sağlam hüceyrələrə zərər vermədən insanın immun reaksiyasını gücləndirməyi hədəfləyir.