Rusiya qoşunu İrəvana, İran qoşunu Zəngəzura girəcək: Sentyabrda nə baş verəcək? – VİDEO
“Ermənistan hakimiyyəti yanlış siyasət aparır və bu, həm Rusiyanı, həm də İranı narahat edir”.
Bu barədə erməni general-mayor Levon Stepanyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti sentyabr ayında Avropa İttifaqına daxil olmaq məsələsini aktivləşdirəcək.
“Referendumla bağlı qərar payızda verəcək. Bu, Rusiya və İranın müdaxiləsinə səbəb ola bilər. Rusiyanın Gümrüdə 102-ci bazasındakı hərbçiləri İrəvanın Respublika meydanına, İran qoşunları isə Sünikə (Zəngəzur) girəcək. Hakimiyyətin siyasəti prosesi bu yönə aparır”, – erməni general bildirib.