Moskvada erməni konyakı qalmaqalı: İrəvan Bakını şərlədi

Baxılıb:78
Moskvada erməni konyakı qalmaqalı: İrəvan Bakını şərlədi

Rusiyada aparılan yoxlama nəticəsində Ermənistandan gətirilən konyakların 90 faizində pozuntuların aşkar edildiyi barədə məlumat vermişdik.

Maraqlıdır ki, ermənilər bu məsələdə də Azərbaycanı günahkar hesab ediblər.

Ermənistan “Milli Şərab Mərkəzi” ictimai təşkilatının sədri Avak Arutyunyan “Sputnik Ermənistan”a müsahibəsində Rusiyaya saxta içkilərin göndərildiyini etiraf edib. Amma erməni xislətindən çıxış edərək, həm də Azərbaycanı ittiham edib.

“Rusiyada fəaliyyət göstərən təşkilatların erməni konyakının keyfiyyəti ilə bağlı bəyanatlarının əsas məqsədi Rusiya bazarını rəqiblərdən “təmizləmək” ola bilər”, – Avak Arutyunyan deyib . Eyni zamanda o qeyd edib ki, bəyanat qeyri-hökumət təşkilatları səviyyəsində verilib, onlardan biri də Rusiya Alkoqol İstehsalçıları İttifaqıdır (Soyuzkonyak).

“Nə Rusiyanın dövlət strukturları, nə səlahiyyətli orqanları, nə gömrük, nə qida təhlükəsizliyi ilə məşğul olan təşkilatlar, nə də hər hansı digər dövlət qurumu bu araşdırmada iştirak etməyib”, – deyən Arutyunyan əlavə edib ki, erməni şərabçılarının əvvəllər yoxlamaların təfərrüatları ilə tanış olmaq cəhdləri olub.

Milli Şərab Mərkəzinin sədri Ermənistanda faktiki olaraq Rusiyaya saxta konyak ixrac edən vicdansız istehsalçıların olduğunu inkar etmir. Amma Arutyunyanın sözlərinə görə, onların sayı ildən-ilə azalır.

“Biz daxili nəzarəti daim gücləndiririk və bu gün bir daha deyirəm ki, lazımi ekspertizaları həyata keçirən beynəlxalq laboratoriyalar var: heç bir Rusiya dövlət orqanı, heç bir səlahiyyətli strukturu erməni konyaklarını geri göndərməyib və heç bir açıqlama verməyib”, – deyə Arutyunyan qeyd edir.

Üstəlik, Arutyunyan bu bəyanatda “Azərbaycan qulağı” görür və vurğulayır ki, bəyanatın müəllifi olan təşkilatlardan birinin arxasında Azərbaycana bağlı adamlar dayanır.

O iddia edir ki, Azərbaycan şərab və konyak istehsalçıları Rusiya bazarında erməni şirkətlərinin yerini tutmağa çalışırlar.

Amma Arutyunyan bu ittihamını əsaslandırmaq üçün konkret fakt göstərmir. Necə deyərlər, erməni xislətindən çıxış edərək , sadəcə şərləyir.

Qeyd edək ki, “Anti-Saxtakarlıq” beynəlxalq assosiasiyası və Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqı birgə araşdırma aparıb və bu araşdırma çərçivəsində Ermənistanın on ən böyük istehsalçısını təmsil edən 20-dən çox brenddən 200 konyak nümunəsi sınaqdan keçirilib. Sınaqların nəticələrinə əsasən, 177 nümunədə pozuntular aşkar edilib ki, bu da ümumi göstəricinin 89 faizini təşkil edir.


Abunəlik