“Azəriqaz”QSC rəhbərliyi sakinlərlə görüş zamanı çəkilişə icazə vermədi – Nə baş verir?
Bir neçə gün öncə xəbər verdiyimiz kimi, Xəzər rayonun Binə qəsəbəsinin “Binə sovxoz” adlanan ərazisində yaşayan bir qrup sakin tərəfindən redaksiyamıza təbii qazın mənzillərə verilməməsilə bağlı müraciət edilmişdir. Əməkdaşlarımız sakinlərlə görüşmüş və problemlərinin nədən ibarət olmasını araşdırmışlar. Xatırladaq ki, sakinlərin dediyinə görə 1 ildir ki, ərazidə evlər alıb yaşasalar da, onların mənzillərinə təbii qaz çəkilişi süni olaraq maneçilik törədilir. Belə ki, qəsəbədə digər sakinlərin evlərinə bütün kommunal xəttlər çəkilib istifadəyə verilsə də, yeni yaşayan şikayətçi sakinlərə qaz sayğacının qoyulmasına “Azəriqaz” QSC –nin yeni rəhbərliyi tərəfindən icazə verilmir. Bu gün, avqustun 20-də süründürməçilikdən bezən sakinlər “Azəriqaz” QSC-nin yeni rəhbərliyi ilə görüşmək məqsədilə baş idarəyə gəlmişlər.
Onlar qazla bağlı əvvəlki rəhbərlik dövründə olan bütün işlərin nəyə görə yeni rəhbərlik tərəfindən dayandırıldığını öyrənmək və problemin tezliklə həllinə köməklik göstərilməsi məqsədilə rəhbərlikdən görüş tələb etmişlər.
Çox səs-küydən sonra sakinlərin qarşısına çıxan “Azəriqaz” QSC rəhbərliyində təmsil olunan Nail müəllim onlarla qısa söhbəti zamanı yalnız “kupçalı” evlərə qaz çəkilişinin mümkünlüyü barədə məlumat vermişdir. Görüş zamanı Nail müəllim sakinlərin qarşısına çiynində yol çantası ilə saymazyana formada çıxmaqla bizə də çəkilişin aparılmasına icazə vermədiyini xüsusi vurğulamış və qəti tapşırıq vermişdir ki, burada çəkiliş aparmaq olmaz. Bəs harda çəkiliş aparmaq olar ay, Nail müəllim? Bu adam elə bilir ki, kəndxudanı görüb ağıla gələn yerdə ( “elə “Azəriqaz” QSC-nin baş ofisində də atını necə gəldi çapa bilərmiş) Biz redaksiya olaraq rəhbərlikdə belə bir fikrin hardan formalaşdığını dəqiq deyə bilməsək də, onu dəqiq deyə bilərik ki, media açıq dövlət idarələrində sərbəst fəaliyyət göstərə bilər.
İfadetv.com-un birinci çəkilişi zamanı” Azəriqaz” QSC qarşısına toplaşmış sakinlərldən müsahibə alan zaman onlar cənab Azər Məmmədovla birbaşa görüşmək istədiklərini bildirmişlər. Lakin cənab Nail müəllim onlarla Azər müəllimin əvəzinə qəti və sərt danışaraq problemlərinin bu vəziyyətdə həll olunmayacağını bildirmişdir. Sakinlər naəlac qalaraq evlərinə qayıtmışlar.