Heydər Əsədov seçicilərlə görüşdə pərt oldu — FOTOLAR

Baxılıb:53
Heydər Əsədov seçicilərlə görüşdə pərt oldu — FOTOLAR

1 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan sabiq kənd təsərrüfatı naziri, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun görüşündə qalmaqal yaşanıb.

Heydər Əsədovun seçicilərlə növbəti görüşünə nəzərdə tutulan sayda vətəndaş gəlməyib.

Heydər Əsədov görüşə adam toplaya bilmədiyi üçün yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq, onlarla fotolar çəkdirib.

Heydər Əsədov yaşlı vətəndaşlara yaxınlaşaraq, onlara əl uzadıb. Ancaq sözügedən şəxslərdən bir neçəsi Heydər Əsədovla görüşdən imtina ediblər.

Nəticədə rektor namizəd pərt olaraq, görüşünü yarımçıq bitirib.

Vaqif Hüseynli
Demokrat.az



Abunəlik