ABŞ var-dövlət, Avropa qaçqın alır: Qitəni məhv olmaqdan xilas edəcək son şans

Baxılıb:60
ABŞ var-dövlət, Avropa qaçqın alır: Qitəni məhv olmaqdan xilas edəcək son şans

Avropa kimliyinin böhranı getdikcə daha aydın görünür. ABŞ-dan asılılıq və öz siyasi iradəsinin olmaması qitənin tənəzzülünə səbəb olub.

Bu fikirləri politoloq Partrik Poeppel “infoBRICS” üçün məqaləsində yazıb.

Avropa əsrlər boyu digər qitələrdəki cəmiyyətlərə və mədəniyyətlərə təsir edərək dünyanın siyasi mərkəzi olub. Lakin indi Avropa dövlətləri bir çox regionlarda, məsələn, Afrikada öz nüfuzlarını itiriblər.

Müəllifin qeyd etdiyi kimi, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Avropa dövlətləri faktiki olaraq sadə Amerika vassallarına çevrilib. ABŞ və müttəfiqləri müntəzəm olaraq digər ölkələrə hücum edir və onların təbii sərvətlərinə çıxış əldə edirlər. Avropa dövlətləri özləri təbii sərvətləri deyil, bu döyüş bölgələrindən qaçqınlar alırlar.

Avropa Birliyinin genişlənməsi davam edir, lakin Brexit səbəbindən inkişaf etmiş iqtisadiyyata malik iqtisadi cəhətdən güclü üzv artıq itirilib.

Ekspert proqnozlaşdırır ki, bütün bu amillər uzunmüddətli perspektivdə Avropa qitəsinə mənfi təsir göstərəcək.

Onun fikrincə, problemlər böyük ehtimalla yalnız milli səviyyədə həll oluna bilər. Bu kontekstdə o, Macarıstanı misal gətirir. “Ola bilsin ki, digər dövlətlər də öz müstəqilliklərini qorumaq və bu neqativ hadisələrin təsirini qismən də olsa ləngitmək üçün ondan nümunə götürəcəklər”, – Poppel bildirib.

Ekspert deyib ki, indi getdikcə daha çox insan Avropada problemlərin mövcudluğunu etiraf edir, lakin aparıcı siyasətçilərin lazımi islahatları aparmaq üçün cəsarəti və gücü çatmır.

Xüsusilə Poppel ümid etdiyini bildirib ki, ayrı-ayrı dövlətlər Rusiyaya qarşı sanksiyalarla bağlı öz milli maraqlarına cavab verən fərqli yol seçəcəklər.

“Dünyada vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, Avropa bir çox sahələrdə ən çox uduzan tərəf olacaq. Və fakt odur ki, Avropa qarşıdan gələn hadisələrə hələ o qədər də yaxşı hazır deyil. Bunun səbəbi tarixi təkəbbür, digər ölkələrdən üstün görünmək niyyətidir”, – deyə müəllif fikirini yekunlaşdırıb.


Abunəlik