Dillər Universitetində SAXTA DİPLOM QALMAQALI… – YENİ ADLAR…

Baxılıb:84
Dillər Universitetində SAXTA DİPLOM QALMAQALI… – YENİ ADLAR…

Bu yazı ilə mən həyatımı təhlükə altına qoyuram. Təhlükəni dərk etsəm də, bu addımı cəmiyyətimizi uçuruma aparan qara qüvvələrin qarşısını, azacıq olsa belə, almaq üçün faydalı ola biləcəyimi düşünərək atıram. Cəmiyyətdəki naqislikləri görərək hər birimiz “mən olmadığım yerdə Günəş də çıxmasın” deyə düşünsək, bizi, doğrudan da, həmin o yerlərin çox qaranlıq gələcəyi gözləyir”. Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

YAZININ ƏVVƏLİ BURADA:

Aztimes.az Dia-az.İnfo-ya istinadən bildirir ki, Həbib Zərbəliyev saxta diplom alan “məzunların” növbətilərinin adlarını açıqlayıb. Onları təqdim edirik:

“AZƏRBAYCAN DİLLƏR UNİVERSITETİNİN REKTORU KAMAL ABDULLAYEVİN SATDIĞI SAXTA DİPLOMLARI ALMIŞ “MƏZUN”LARIN
SİYAHISI
(davamı)
Filologiya və jurnalistika fakültəsi üzrə:
13. Ə.Ə.Məmmədov – ixtisası: Filologiya (alman dili və ədəbiyyatı), Azərbaycan bölməsi 435-ci qrup (V ilə) – 33 kəsir,
14. F.A.Kazımov ixtisası: Filologiya (alman dili və ədəbiyyatı), Azərbaycan bölməsi 435-ci qrup (V ilə) – 23 kəsir,
15. İ.İ.Orucov – ixtisası: Filologiya (ispan dili və ədəbiyyatı), Azərbaycan bölməsi 436-cı qrup (V ilə) – 27 kəsir.
2018-ci ildə – IV tədris ilinin sonunda bu tələbələrin müvafiq olaraq 33, 23 və 27 kəsiri olmuşdur. Lakin 2019-cu ildə – V tədris ilinin sonunda 12 iyul 2019-cu il tarixli, 3/437 nömrəli əmrlə onların hər birinə saxta diplom verilmişdir, çünki aradakı bir il ərzində ən yaxşı halda 12 kəsir ləğv edilə bilərdi.
Beləliklə, bu “məzun”lara 2019-cu ildə müvafiq olaraq ən azı 21, 11 və 15 fəndən kəsir ilə saxta diplom verilmişdir.
Onu da demək lazımdır ki, saxta diplom verilmiş əmrlərin heç birində diplomların verilməsinə məsul olan tədris işləri üzrə prorektorun imzası yoxdur. Görünür, prorektor saxtakarlıq olduğu üçün əmrlərə imza atmamışdır. Arxiv sənədlərində həmin əmrlərdə prorektorun imzası vardırsa, deməli, onun imzası da saxtalaşdırılmışdır.


Abunəlik