Nazirlikdən meymunçiçəyi ilə bağlı XƏBƏRDARLIQ

Baxılıb:64
Nazirlikdən meymunçiçəyi ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə Səhiyyə Nazirliyi meymunçiçəyi xəstəliyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin yaydığı məlumatda meymunçiçəyinin birbaşa təmas yolu ilə bir şəxsdən digərinə keçə biləcəyi vurğulanıb.

“Dəri tamamilə təmizlənməyib və dəyişilməyibsə, xəstəlik bir şəxsdən digərinə keçə bilər. Bəzi xəstələr hətta simptomlar məlum olmazdan bir-dörd gün əvvəl meymunçiçəyini yoluxdura bilərlər”, – məlumatda qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, meymunçiçəyi heyvandan da insana keçə bilər.


Abunəlik