Makronun BAŞI DƏRDDƏ: qarşısına elə şərt qoydular ki…
Cen-Luk Melençonun sədri olduğu solçu “France Unbowed” partiyası Fransa Prezidenti Emmanuel Makronun istefası üçün şərt qoyub.
Bu barədə “La Tribune” məlumat yayıb.
Qeyd olunur ki, partiya parlamentdə səsvermə yolu ilə ölkənin hazırkı rəhbəri Paris Maliyyə Departamentinin rəhbəri Lüsi Kasetə baş nazir postunu təklif etmədiyi təqdirdə onun istefasına nail olmağa çalışır.
“Prezident parlament seçkilərinin nəticələrini qəbul etməli və Yeni Xalq Cəbhəsinin təklif etdiyi kimi Lüsi Kasteni baş nazir təyin etməlidir. Bunu etməsə, bilməlidir ki, biz onu vəzifədən uzaqlaşdırmaq üçün bütün konstitusiya vasitələrindən istifadə edəcəyik”, – deyə partiyadan Fransada yeganə hakimiyyət mənbəyinin xalq səsverməsi olduğuna aydınlıq gətirilib.
Bundan başqa, partiya üzvləri Makronun ölkədə Olimpiya Oyunları başa çatana qədər hökuməti formalaşdırmaqdan imtina etməsindən hiddətlənib. Onlar hesab edirlər ki, onun hərəkətsizliyi Fransa demokratiyası üçün təhlükədir. Belə olan halda parlament yaranmış vəziyyətə müdaxilə edərək prezidentin vəzifəsindən uzaqlaşdırılmasını tələb edə bilər.