Qocalığın müalicəsi sınaqdan keçirildi – Nəticələr göstərir ki…

Baxılıb:73
Qocalığın müalicəsi sınaqdan keçirildi – Nəticələr göstərir ki…

Amerikalı tədqiqatçılar orqanizmin qocalma prosesini ləngidə və hətta geri qaytara bilən yeni dərmanları sınaqdan keçirirlər.

Bu dərmanlarla təcrübələr artıq itlər üzərində aparılıb.

Qeyd edilib ki, “Telomir Pharmaceuticals”ın baş direktoru Dr.Kristofer Çepmen, Dr.Maykl Royzen ilə birlikdə insanın kök hüceyrələrində telomer qapaqlarını uzatmağı hədəfləyən innovativ dərmanı sınaqdan keçirib.

Vurğulanıb ki, telomerlərin artırılması orqanizmə daha çox kök hüceyrə istehsal etməyə imkan verəcək və onların bərpasına dəstək verəcək ki, bu da xəstələrin “cavanlaşmasına” səbəb ola bilər. Yeni preparatın təsiri iki qoca itə – əvvəllər xərçəng diaqnozu qoyulmuş “Zevs” adlı alman çoban itinə və artritdən əziyyət çəkən Nyufaundlend iti “Bensona” tətbiq edilib. Həbləri qəbul etməyə başladıqdan sonra onların səhhəti xeyli yaxşılaşıb.

Alimlər ümid edirlər ki, gələcəkdə bu dərman insanların sağlamlığına müsbət təsir göstərəcək.


Abunəlik