“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin 6 nəfər sakini peşə təhsil mərkəzinə qəbul olub

Baxılıb:95
“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin 6 nəfər sakini peşə təhsil mərkəzinə qəbul olub

Bildiyiniz kimi dünən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Qəbul olunan tələbələr arasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləridə var.

Müsabiqədən uğurla keçmiş uşaqlarımız bu ildən ehtibarən yüksək peşə təhsili istiqamətində müxtəlif Peşə Təhsil Mərkəzlərində Turizm təşkilatçısı,Veb dizayn və proqram təminatı, Geyim üzrə dizayner və Aşpaz ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.


Abunəlik