Qızıl bahalaşmağa davam edir

Baxılıb:80
Qızıl bahalaşmağa davam edir

Dünya üzrə qızıl qiymətləri rekord həddə çatıb.

Bu barədə “Trading Economics”in məlumatında bildirilir.

Cümə günü ticarət zamanı qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixi maksimuma çatıb.

Belə ki, ilk dəfə olaraq qızılın sentyabr fyuçersləri 1 unsiya üçün 2 493 ABŞ dollarına yüksəlib. Məlumata görə, bu qiymət cümə günü 1,8 faiz bahalaşaraq, keçən ay müəyyən edilmiş əvvəlki rekordu aşıb.


Abunəlik